Nida Xəbər
Azərbaycan və Gürcüstan arasında regional təhlükəsizlik məsələləri müzakirə edildi
Dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və dostluq münasibətlərinin müxtəlif aspektləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, həmkarını Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə bir daha təbrik edib, fəaliyyəti dövründə uğurlar arzu edib.
Tərəflər ölkələrimiz arasında beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət və dostluğa əsaslanan strateji tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Siyasi məsləhətləşmələr mexanizmindən istifadənin əməkdaşlığın regional və beynəlxalq platformalar çərçivəsində inkişafına mümkün töhfələri qeyd olunub.
İkitərəfli münasibətlərin iqtisadi, müqavilə-hüquq, humanitar və enerji aspektlərinin inkişafının əhəmiyyəti qeyd olunub, birgə strateji layihələrin vacibliyi diqqətə çatdırılıb. Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov ölkəmizin sədrlik etdiyi və bölgəmizdə ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunları barədə həmkarını məlumatlandırıb. Milli səviyyədə yaşıl enerjinin inkişaf etdirilməsi sahəsində beynəlxalq səylərini bundan sonra da davam etdirəcəyi və bu istiqamətdə Gürcüstan ilə birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri barədə ətraflı məlumatlandırılıb, bölgədə dayanıqlı sülh quruculuğuna ən böyük təhdid kimi Ermənistanın qonşu dövlətlərə olan ərazi iddialarının mövcudluğu vurğulanıb.
Görüşdə, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
-
Nida Xəbər 15:43Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?






.jpg)
.jpg)


















.jpg)









