Yaxın Şərq
Küveytə hücumla bağlı İrandan rəsmi açıqlama: Müharibəyə hazırlıq ssenarisidr
İranın xarici işlər naziri Abbas Əraqçi Küveytə qarşı dron hücumlarını şübhəli adlandırıb və hadisə ilə bağlı Küveyt və İtaliya hakimiyyəti ilə birgə araşdırma aparmağa hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, Əraqçi bu barədə sosial mediada yazıb: "Hadisə şübhəlidir və müharibə üçün hazır ssenariyə bənzəyir. Hadisənin səbəblərini müəyyən etmək üçün Küveyt və İtaliya ilə əməkdaşlıq etməyə hazırıq".
Əraqçi əlavə edib ki, İtaliya və Küveyt xarici işlər nazirləri ilə telefon danışıqları zamanı İtaliya vətəndaşlarının ölümü ilə bağlı başsağlığı verib. Daha əvvəl İtaliya xarici işlər naziri Antonio Tayani ilə telefon danışığında Əraqçi İrana qarşı ittihamları əsassız adlandıraraq, İslam Respublikasının hadisədə iştirak etmədiyini və buna görə heç bir məsuliyyət daşımadığını vurğulamışdı.
Onun şərhləri İran Silahlı Qüvvələrinin qəti şəkildə təkzib etməsindən sonra verilib.
İranın hərbi sözçüsü Əbülfəzl Şəkarçi bildirib ki, "İran İslam Respublikasının silahlı qüvvələri regionda heç bir hərbi və ya hücum əməliyyatı həyata keçirməyib".
Küveyt Müdafiə Nazirliyi daha əvvəl İranın pilotsuz təyyarəsinin hücumu nəticəsində iki İtaliya vətəndaşının öldüyünü, daha iki nəfərin isə yaralandığını bildirmişdi.
Müəllif: Tural
-
Dəb07:47Qışın ən dəbli saç rəngi açıqlandı
-
Səhiyyə07:30Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
-
Magazin206:16Hadise makiyajsız kameralar qarşısında: Üzündəki göyərmə diqqət çəkdi - FOTO
-
Magazin204:44“Vogue” jurnalı ilin ən dəbli cütlüyünü seçdi
-
Sosial01:41Kənd yumurtası kəskin bahalaşdı - VİDEO
-
İdman00:15Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi
-
Qoroskop00:10Günün ULDUZ FALI - Zəhmətinizin bəhrəsini görməyə çox az qalıb
-
Region26 Noyabr 23:48Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı













.jpg)













.png)










