Nida Xəbər
Azərbaycana sonsuz təşəkkürümü bildirirəm - Vuçiç
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.
Publika.az xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.
“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.
Qeyd edək ki, "Şahdəniz Alfa" platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində yaranan texniki problem səbəbindən Azərbaycandan Serbiyaya qaz ixracı müvəqqəti dayandırılıb. Aleksandr Vuçiç texniki problemlərin aradan qaldırılmasına 1-2 ay vaxt lazım ola biləcəyini bildirmişdi. Lakin Azərbaycan qazının Serbiyaya tədarükünün yanvarın 15-də bərpa olunacağı gözlənilir.
-
Hadisə19:20Bakıda bu ərazidə yanğın başladı
-
Nida Xəbər 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...
-
Sosial17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
-
Dünya16:52İlbər Ortaylı vəfat etdi
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi









.jpg)























