Nida Xəbər
Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTO
Sumqayıt şəhərində sakinlərlə birbaşa ünsiyyətin genişləndirilməsi məqsədilə növbəti səyyar qəbul təşkil olunub.
Publika.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə keçirilən görüşdə şəhər rəhbərliyi ilə yanaşı, müvafiq idarə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və sakinlər iştirak ediblər.
Səyyar qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənilib, onların müraciət və təklifləri diqqətlə araşdırılıb. Görüşdə əsasən sosial məsələlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də şəhər təsərrüfatı ilə bağlı müxtəlif məsələlər səsləndirilib. Bəzi müraciətlər yerində araşdırılaraq müsbət həllini tapıb.
Əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Şəhər rəhbəri vətəndaşların qaldırdıqları problemlərin qanunvericiliyə uyğun şəkildə və operativ qaydada həll edilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə birbaşa təmasın gücləndirilməsi, onların müraciətlərinə həssas yanaşmanın təmin olunması və mövcud problemlərin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davamlı olaraq təşkil edilir. Bu görüşlər vətəndaş məmnunluğunun artırılması və şəhərdə sosial məsələlərin daha çevik həllinə xidmət edir.
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək








.jpg)



























