Nida Xəbər
Azərbaycan XİN-dən sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı BƏYANAT
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat verib.
Publika.az xəbər verir ki, bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığının məmnunluqla qeyd olunduğu bildirilib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
-
Sosial01:41Bu gün 3 rayon işıqsız qalacaq
-
İdman00:45Ronaldo on illik münasibətdən sonra evləndi - FOTO
























.jpg)












