İdman
“Barselona” Qirassini niyə ala bilmir? – Tək maneə bəlli oldu
Yalnız bir maneə “Barselona”nın davam edən yay transfer pəncərəsində yüksək səviyyəli hücumçu transfer etməsinə əngəl olub. Bununla da Kataloniya klubunda mərkəz hücumçusu problemi daha da dərinləşib.
Publika.az xəbər verir ki, “Barselona” Robert Levandovski və Ferran Torresin komandadan ayrılmasından sonra hücumçu axtarışındadır. Klubun “Atletiko Madrid”dən Xulian Alvaresi heyətinə qatmaq cəhdi də uğursuz nəticələndikdən sonra rəhbərlik yüksək səviyyəli alternativ axtarmağa başlayıb.
Klubun hücumçu axtarışı çərçivəsində 30 yaşlı Seru Qirassinin adı da vaxtaşırı gündəmə gəlib.
“Bild” qəzetinin məlumatına görə, idman direktoru Deko qısa müddət əvvəl Dortmund “Borussiya”sının hücumçusu ilə bağlı məlumat alıb. Lakin futbolçunun yüksək maaşı Kataloniya klubunun transferdən imtina etməsinə səbəb olub.
Alman nəşri hücumçunun illik təxminən 10 milyon avro qazandığını və bu məbləğin “Barselona”nın maaş strukturunun imkanlarını əhəmiyyətli dərəcədə aşdığını yazıb.
Son aylarda Qirassinin müqaviləsində təxminən 50 milyon avroluq sərbəstqalma maddəsinin olduğu da məlum olub. Bu məbləğ Avropanın yalnız bir neçə böyük klubunun ödəyə biləcəyi səviyyədədir.
Lakin “Barselona”nın bu yay transfer pəncərəsində Qirassini heyətinə qatmasına əsas maneə məhz futbolçunun maaşıdır.
Qirassi 2024-cü ildə “Ştutqart”dan Dortmund “Borussiya”sına keçib və onun klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Futbolçu ötən mövsüm “Signal İduna Park”ın əsas diqqətçəkən simalarından biri olub. O, mövsümü 46 oyunda 22 qol və 6 məhsuldar ötürmə ilə başa vurub.
Qirassi ötən həftəsonu Almaniya Superkubokunun finalında da start heyətində yer alıb. Dortmund “Borussiya”sı həmin qarşılaşmada “Bayern Münhen”ə 1:2 hesabı ilə məğlub olub.
“Bild” həmçinin Dortmund klubunun “Barselona”nın gənc futbolçusu Ektor Fortun transferi ilə bağlı razılaşmanı tamamlamasına çox yaxın olduğunu bildirib.
Alman klubunun nümayəndələri transfer prosesini sürətləndirmək məqsədilə dünən “Barselona”ya səfər ediblər.
“Barselona” klub akademiyasının yetirməsi olan Ektor Fort üçün 10 milyon avrodan çox gəlir əldə etməyə ümid edir. Baş məşqçi Hansi Flik isə Xavi Espartı komandada saxlamağa üstünlük verir.
Transfer pəncərəsinin bağlanmasına səkkiz gün qalmış Deko hələ də komandanı gücləndirəcək real hücumçu axtarışındadır.
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ




















.jpg)













.jpg)

