Nida Xəbər
Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirildi - FOTO
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.
Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Keçirilən tədbirlər zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən, ordumuzun keçdiyi şərəfli döyüş yolundan danışılıb. Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Ulu Öndərin misilsiz xidmətləri sayəsində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılmışdır.
Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Bunun nəticəsidir ki, Vətən müharibəsində rəşadətli Ordumuz qısa müddət ərzində düşmən qüvvələrini məhv edərək torpaqlarımızı işğaldan azad edib, xalqımıza qələbə sevincini yaşadıb.
Hərbi hissələrdə keçirilən bayram tədbirlərində Azərbaycan Respublikası müdafiə nazirinin 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki çatdırılıb, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib. Şəxsi heyətə konsert proqramları təqdim olunub.
Həmçinin şəhidlərimizin məzarları ziyarət edilib və onların ailələri ilə görüşlər keçirilib.
Xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
26 İyun - Silahlı Qüvvələr Günü həmçinin Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərində də yüksək səviyyəli qonaqların iştirakı ilə təntənəli şəkildə qeyd edilib.
-
Qoroskop01:40Günün ulduz falı: Enerjinizi bu işlərə yönəldin!
-
Dünya01:20ABŞ əməliyyatdan öncə Maduroya görün nə təklif edib
-
Region00:15Əraqçi ailəsi ilə birgə İrandan qaçdı - Hansı ölkəyə?
-
Nəqliyyat9 Yanvar 22:56Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır
-
Cənubi Qafqaz9 Yanvar 22:42Tbilisidə məşhur ticarət mərkəzi YANDI - YENİLƏNDİ
-
Region9 Yanvar 22:14Rza Pəhləvi Trampdan kömək istədi: İrana müdaxilə etməyə hazır olun!
-
Maraq dünyası9 Yanvar 22:0040 ildir izlənirdi: Dünyanın ən böyük aysberqi bir neçə günə parça-parça olacaq
-
MDB9 Yanvar 20:48Rusiya Qara dənizdə 2 gəmiyə zərbə endirdi: Ölü və yaralılar var - FOTO






.webp)






























