Nida Xəbər
Qüdrət Həsənquliyev jurnalistləri təbrik etdi
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev milli mətbuatın 150 illik yubileyi münasibətilə media mənsublarını təbrik edib.
Publika.az xəbər verir ki, məbrikdə deyilir:
“Əziz və dəyərli media mənsubları!
Sizi Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə təbrik edirəm!
Bu il Milli Mətbuat və Jurnalistika Günü əlamətdar tarixə təsadüf edir. Azərbaycan mətbuatı 150 illik yubileyini qeyd edir.
150 illik tarixdə Azərbaycan mətbuatı xalqımızın və dövlətimizin həyatında baş verən bir sıra şərəfli, eyni zamanda ağır proseslərə şahidlik edib.
Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq, 150 ildir ki, mürəkkəb, çətin və şərəfli yol keçir. Mətbuatımız xalqımızın maariflənməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin təbliğində və inkişafında, eyni zamanda dövlət maraqlarının müdafiəsində önəmli rol oynayır.
Azərbaycan mətbuatı dövlət və xalq olaraq keçdiyimiz çətin və şərəfli mübarizə tarixində üzərinə düşən tarixi vəzifələri ləyaqətlə yerinə yetirib.
İstər Vətən müharibəsinə qədər, istər ikinci Qarabağ savaşında və ondan sonrakı dönəmdə ölkəmizə edilən informasiya hücumlarına qarşı effektiv mübarizə aparıb, daim peşəkar fəaliyyət göstərib, dövlət maraqlarını hər şeydən üstün tutub.
Bu gün də milli mətbuatımızın üzərində böyük məsuliyyət yükü var.
Dəyərli mətbuat nümayəndələri!
Həmişə olduğu kimi bu ağır və şərəfli missiyanı layiqincə davam etdirəcəyinizə inanıram. Sizi milli mətbuatın 150 illik yubileyi münasibətilə bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı, dövlətimizin, xalqımızın və mətbuatımızın inkişafı yolunda uğurlar arzulayıram!”.
-
Hadisə31 İyul 21:26Şirvan suvarma kanalı yarıldı - Xüsusi texnika cəlb olundu
-
Hadisə31 İyul 19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa31 İyul 19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika31 İyul 17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə31 İyul 15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 31 İyul 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB31 İyul 13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB31 İyul 13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik








.jpg)





.jpg)


.jpg)







.jpg)



.jpg)








