Nida Xəbər
İlham Əliyev Malta Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Miriam Spiteri Debonoya məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda qeyd edilib:
"Hörmətli xanım Prezident,
Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

-
Dünya10:51
Təhlükəli tendensiya: Yeniyetmələr kütləvi şəkildə ağızlarını kəsirlər – Nə baş verir?
-
Hadisə09:00
Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü
-
Sağlamlıq08:36
Çox arıq olmaq artıq çəkidən daha TƏHLÜKƏLİDİR
-
MDB08:24
Qazaxıstan ən uzun dəvə karvanı üzrə rekord qırdı - VİDEO
-
Avropa08:12
Almaniyada göbələk yığan şəxs casusluqda ittiham olunur
-
Magazin206:16
Mahnımızı oxuyub Bakıda böyüyən aktrisanı ağladan kimdir? - VİDEO
-
Magazin103:13
Ağadadaş Ağayev imicini dəyişdi - VİDEO
-
Magazin202:12
"Intervision 2025"in qalibi bu ölkə oldu