Sosial
Xəstəxanaya yerləşdirilən Ramiz Quliyevin son durumu

Xəstəxanaya yerləşdirilən Xalq artisti tarzən Ramiz Quliyevin səhhətində müsbət irəliləyiş hiss olunur.
Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında ustad tarzənin oğlu Əməkdar artist Əyyub Quliyev deyib.
Onun sözlərinə görə, hazırda müalicə prosesi davam etdirilir:
"Ola bilər ki, iki-üç gün sonra evə buraxılsın. Doğrudur, bu barədə həkimlər hələ tam qərar verməyib. Amma ümumi müşahidələr belə göstərir ki, analizlərin nəticəsi müsbətə doğru dəyişir, orqanizm bərpa olunur", - o əlavə edib.
Xatırkadaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondun nəzarətə götürüb.
-
Sosial15:58
Cabir İmanov dəfn edildi
-
Dünya15:36
Sarışın qatillər: Kişilərdən daha amansızdırlar, bir qətl üçün...
-
İdman14:19
Qurban Qurbanov: Bu elə bir oyundur ki...
-
İdman13:37
Rövşən Nəcəf Ayxan Abbasovla niyə görüşüb? - AFFA-da müəmmalı vəziyyət
-
Magazin113:17
Cabir İmanovun vida mərasiminə görə Türkiyədən Bakıya gəldilər - FOTO
-
Sosial13:15
Sabah hava yağıntılı və küləkli olacaq
-
Magazin112:43
Cabir İmanovun məşqçisi danışdı - VİDEO
-
Sosial12:03
Metroda gedişhaqqı məsələsi parlamentdə müzakirə olundu