Nida Xəbər
Bir neçə instituta publik hüquqi şəxs statusu verildi - SİYAHI
Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla nazirliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:
- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;
- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;
- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;
- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;
- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;
- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;
- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.
Bundan başqa, nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə, Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.
Qərarla yeni yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, elmi müəssisələrin yenidən təşkili və ləğv edilməsi Elm və Təhsil Nazirliyinə həvalə edilib.
-
Magazin106:16Həmin qəzadan danışdı: “Kəmər bağlı olmasaydı…”
-
Magazin202:42Coli və Pittin 17 yaşlı oğlu imicini kökündən dəyişdi - FOTO
-
ABŞ01:41Ceff Bezosun şirkəti Marsa raket buraxdı
-
Magazin200:45Milyardlıq sərvəti var imiş
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uzlaşmaq çətin ola bilər
-
İdman13 Noyabr 23:36Arnar Qunnlauqssodan ETİRAF: “Yaxşı ki, baş hakim penalti vermədi”
-
İdman13 Noyabr 22:48Millimiz yenə məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
ABŞ13 Noyabr 22:24Trampın 2000 dollarlıq vədinə SİYASİ ƏNGƏL - Vətəndaşların ümidi puç ola bilər


























.jpg)







.jpg)



