Baltik dənizindən Fars körfəzinə qədər: Bakı, Moskva və Tehran bunu qurur
Bizi izləyin

Nida Xəbər

Baltik dənizindən Fars körfəzinə qədər: Bakı, Moskva və Tehran bunu qurur

Rusiya, Azərbaycan və İran Barents körfəzindən və Baltik dənizindən Fars körfəzinə qədər maneəsiz logistika ilə ümumi əmtəə bazarı yaratmaq səylərini gücləndirirlər.

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığa dair üçtərəfli görüşdə bildirib.

"Bizi maneəsiz logistika və uyğunlaşdırılmış qaydalar və standartlara malik ümumi əmtəə bazarının yaradılmasına yönəlmiş çox maraqlı iş gözləyir. Rusiya ilə Azərbaycan, Rusiya və İran, İran və Azərbaycan arasında güclü, dinamik əlaqələr regionda nəqliyyat əlaqələrini inkişaf etdirmək, Barents körfəzindən və Baltik dənizindən Fars körfəzinə qədər problemsiz logistikanı təmin edəcək”, - Overçuk bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm