Nida Xəbər
Komitə din xadimləri üçün dəbdəbəli ziyafət təşkil edəcək: Bu qədər pul xərclənəcək

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Din xadimlərinin II Forumu ilə bağlı elan etdiyi tenderdə maraqlı məqamlar yer alıb.
Publika.az xəbər verir ki, 24 dekabrda keçiriləcək tədbir üçün elan edilən tenderin ehtimal olunan qiyməti 197.746,48 AZN təşkil edir.
Tədbirin paytaxtın 5 ulduzlu hotellərinin birində keçiriləcəyi nəzərdə tutulur. Əsas maraqlı məqam isə tədbirin rəsmi hissəsindən sonraya aiddir. Belə ki, Forumdan sonra ziyafət təşkil olunacaq. Elan edilən tenderdə ziyafətə muğam üçlüyünün dəvət olunması ilə yanaşı, tanınmış ifaçılarının ifası tələbi yer alıb. Muğam ifaçılarının dini foruma dəvət olunması normal hal hesab edilsə də, din xadimlərinin iştirakı ilə keçiriləcək ziyafətə populyar müğənnilərin dəvət olunması birmənalı qarşılanmır.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin elan etdiyi tenderdə bu tələb olduğu kimi qeyd edilib: “Tədbir günü axşam Bakı şəhərində səviyyəli restoranların birində şam yeməyinin təşkili”.
Menyuda üç növ isti yemək təqdim olunacaq ki, bunlardan biri də steykdir.
-
Hadisə17:00
Vəzifəli şəxsin oğlu hoteldə öldü - FOTO
-
Tarix16:33
Nizami dövrünə aid xəzinə: Bağında qurd axtaran adam DƏFİNƏ TAPDI - FOTOLAR
-
Rəsmi xronika15:26
İlham Əliyevlə Paşinyan arasında ayaqüstü görüş - FOTO/VİDEO
-
Qoroskop13:12
Zəngin olmadan ölməyəcək 4 bürc - Onlar pulu maqnit kimi cəlb edirlər
-
İdman12:36
Kişilər mənə pul verirsə, niyə almayım? - Açıq-saçıq FOTOLARI ilə milyonlar qazanır
-
Sosial11:57
Əli Əsədov yeni qərar imzaladı
-
Elm və təhsil10:52
Azərbaycanda məzunların problemi: Bu siyahıda sonuncu yerdəyik
-
Yaxın Şərq10:49
Tramp İsrailə gəldi - VİDEO