Polis gücləndirilmiş rejimə keçir: İsrail millisinə görə
Bizi izləyin

İdman

Polis gücləndirilmiş rejimə keçir: İsrail millisinə görə

Oktyabrın 14-də Udinedə (İtaliya) keçiriləcək 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya və İsrail yığmaları arasında baş tutacaq oyun zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Publika.az xəbər verir ki, bu barədə "The Social Post" məlumat yayıb.

Mənbənin sözlərinə görə, təhlükəsizliyin təminatında kriminaloji xidmət, mina axtaranlar və pilotsuz uçuş aparatları iştirak edəcək. Bundan əlavə, yerli polis və karabinerlər də prosesə cəlb olunacaq. Matç ərəfəsində stadion ətrafında və Udinenin yaxın ərazilərində şüşə, keramika və metal qablaşdırmada qida və içki satışı qadağan ediləcək. Polis bildirir ki, bankalar və butulkalar etirazçılar tərəfindən atıcı vasitə kimi istifadə oluna bilər.

Xatırladaq ki, Norveç və İsrail yığmaları arasında Osloda keçirilən qarşılaşma zamanı yerli polis Fələstin tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə etmiş və bir neçə nümayişçini saxlamışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm