Nida Xəbər
Allahşükür Paşazadə Ağ Evdə buna etiraz etdi

Şeyxülislam Allahşükür Paşazadə səfəri çərçivəsində Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-Prezident Aparatının Strateji Məsələlər üzrə Xüsusi Müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat yayıb.
Görüşdə tərəfləri maraqlandıran məsələlər, o cümlədən, avqustun 8-də imzalanan sülh protokolundan sonra Cənubi Qafqaz regionu üçün yaranmış yeni fürsətlər, Azərbaycanın nümunəvi məzhəblərarası və dinlərarası təcrübəsinin beynəlxalq miqyaslı önəmi, o cümlədən, Azərbaycan-ABŞ dinlərarası əməkdaşlıq münasibətlərinin inkişafı və davamlı sülhün qurulmasında multikultural dəyərlərin rolu kimi mövzular müzakirə olunub.
A.Paşazadə ABŞ prezidenti Donald Tramp tərəfindən “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək buna görə ABŞ tərəfinə öz minnətdarlığını bildirib. O, ABŞ tərəfini Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb: "Belə bir siyahıda Azərbaycanın adının yer alması ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya heç də uyğun deyil".
-
Hadisə17:00
Vəzifəli şəxsin oğlu hoteldə öldü - FOTO
-
Tarix16:33
Nizami dövrünə aid xəzinə: Bağında qurd axtaran adam DƏFİNƏ TAPDI - FOTOLAR
-
Rəsmi xronika15:26
İlham Əliyevlə Paşinyan arasında ayaqüstü görüş - FOTO/VİDEO
-
Qoroskop13:12
Zəngin olmadan ölməyəcək 4 bürc - Onlar pulu maqnit kimi cəlb edirlər
-
İdman12:36
Kişilər mənə pul verirsə, niyə almayım? - Açıq-saçıq FOTOLARI ilə milyonlar qazanır
-
Sosial11:57
Əli Əsədov yeni qərar imzaladı
-
Elm və təhsil10:52
Azərbaycanda məzunların problemi: Bu siyahıda sonuncu yerdəyik
-
Yaxın Şərq10:49
Tramp İsrailə gəldi - VİDEO