Nida Xəbər
BMT-də insanlıq əleyhinə cinayətlərlə bağlı Azərbaycanın bəyanatı səsləndirildi

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində "İnsanlıq əleyhinə cinayətlər" mövzusunda keçirilən komitə iclasında Azərbaycanın bəyanatı səsləndirilib.
Publika.az xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Tale Əliyev diqqətə çatdırıb.
İnsanlığa qarşı cinayətlərin beynəlxalq hüququn ən ciddi pozuntularından biri kimi tanındığını qeyd edən birinci katib bu cinayətlərin qarşısının alınması və cəzalandırılmasının beynəlxalq ictimaiyyətin ümumi məsuliyyəti olduğunu bildirib.
"Azərbaycan Respublikası insanlığa qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması üzrə konvensiyanın hazırlanması istiqamətində Beynəlxalq Hüquq Komissiyasının işini yüksək qiymətləndirir. Biz bu sahədə vahid və hərtərəfli hüquqi çərçivənin yaradılmasını dəstəkləyirik", - birinci katib vurğulayıb.
"Azərbaycan bu prosesə sadiqdir və insan hüquqlarının və beynəlxalq humanitar hüququn qorunmasına töhfə verməyə davam edəcəkdir", - deyə T. Əliyev sözlərini yekunlaşdırıb.
-
İdman03:13
Ronaldo dünya rekorduna imza atdı
-
Sosial02:42
Azərbaycanda yaşa görə müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
-
İdman01:30
Türkiyədən darmadağın, İngiltərə finala adladı
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Həmin qərar sizi çətinliyə sala bilər
-
Səhiyyə14 Oktyabr 23:24
Ürək problemlərinin gözlənilməz səbəbi müəyyən edildi
-
Nida Xəbər 14 Oktyabr 23:12
Həbs edilən Ramiz Mehdiyevin parlaq karyerası - DOSYE
-
MDB14 Oktyabr 23:00
Tramp HƏMAS-ı HƏDƏLƏDİ - “Bilirlər ki, zarafat etmirəm”
-
Kriminal14 Oktyabr 21:36
25 yaşlı müəlliməni qaçırıb məcburi videoya çəkdilər - TƏFƏRRÜAT