Nida Xəbər
44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Publika.az Vətən müharibəsinin oktyabrın 15-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib;
- Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Xocavəndin bir neçə kəndi işğaldan azad edilməsi ilə bağlı "Twitter"də (hazırkı "X") paylaşım edib;
- Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib;
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Ermənistanın Tərtərdə dəfn zamanı insanları atəşə tutması ilə bağlı paylaşım edib;
- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib;
- Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub. Ermənistanın Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində həlak olanların sayı 4-ə çatıb;
- Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb;
- Ermənistanın hərbi hissə komandiri, polkovnik məhv edilib.
-
Avropa05:15
QANDONDURAN CİNAYƏT - Qızlarını 27 il əsirlikdə saxladılar
-
İdman03:13
Ronaldo dünya rekorduna imza atdı
-
Sosial02:42
Azərbaycanda yaşa görə müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
-
İdman01:30
Türkiyədən darmadağın, İngiltərə finala adladı
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Həmin qərar sizi çətinliyə sala bilər
-
Səhiyyə14 Oktyabr 23:24
Ürək problemlərinin gözlənilməz səbəbi müəyyən edildi
-
Nida Xəbər 14 Oktyabr 23:12
Həbs edilən Ramiz Mehdiyevin parlaq karyerası - DOSYE
-
MDB14 Oktyabr 23:00
Tramp HƏMAS-ı HƏDƏLƏDİ - “Bilirlər ki, zarafat etmirəm”