Nida Xəbər
Agentliklə "Sədərək" ticarət mərkəzi arasındakı qarşıdurma böyüyür - VİDEO

Qafqaz regionundakı ən böyük ticarət mərkəzi olan "Sədərək”də Dövlət Reklam Agentliyi (ADRA) ilə sahibkarlar arasındakı narazılıq barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim İctimai TV-yə bildirib ki, agentliyin atdığı addımlar qanunsuzdur: "Bura bizim qapalı ərazimizdir. Reklam agentliyinin işçiləri artıq neçənci dəfədir ki, heç bir xəbərdarlıq etmədən ağır texnikalarla gələrək söküntü aparmağa çalışırlar. Halbuki bura qapalı ərazidir və onların gəlib söküntü aparması qanunsuzdur. Reklam haqqında qanun da bunu deyir”.
Dövlət Reklam Agentliyindən isə bildirilib ki, qanunvericiliyə əsasən açıq məkanlardakı reklamlar mülkiyyət əsasında müəyyən edilmir və "Sədərək”dəki reklam lövhələri açıq məkanda yerləşdirilməklə yol kənarlarından, uzaq məsafələrdən açıq şəkildə görünür.
Qeyd edək ki, ticarət mərkəzində sahibkarlarla və ADRA əməkdaşları arasında baş vermiş insident zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.
Daha ətraflı süjetdə:
-
İdman15:24
Abramoviç milyonlar verəndən sonra yoxa çıxan məşqçi: Azərbaycandan təklif alıbmış
-
Dünya15:18
Moskvaya gedən Əl Şaraanın Putindən nə tələb etdiyi bəlli oldu
-
Nida Xəbər 14:32
Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı
-
Rəsmi xronika13:18
İlham Əliyev üç fərman imzaladı
-
Sosial13:12
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı
-
İdman12:25
Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir