Nida Xəbər
Fatma Yıldırım: “Bərdə şəhid verdi, amma şərəfini qorudu”
5 il öncə, 2020-ci ilin bu günündə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə kasetli bombalarla həyata keçirilən vəhşi terror nəticəsində 29 mülki vətəndaşımız şəhid oldu, onlarla insan yaralandı. Bu hücum birmənalı olaraq terror aktı idi. Beynəlxalq hüququn bütün normalarına zidd şəkildə mülki əhaliyə, uşaqdan ahıla qədər günahsız insanlara qarşı həyata keçirildi.
Təsəvvür edin döyüş bölgəsindən uzaqda yerləşən, tamamilə mülki əhalinin yaşadığı bir şəhər hədəfə alındı. Və bu terror aktı elə bir silahla həyata keçirilir, istifadəsi qadağan olunmuş kasetli bombalar. Məqsəd dinc əhalini qorxutmaq və xaos yaratmaq idi.
Ən önəmli hədəf isə, Azərbaycan xalqının iradəsini qırmaq idi. Amma alınmadı. Bərdə əyilmədi, susmadı. Bərdə şəhid verdi, amma şərəfini qorudu.
Bu gün mən Bərdə rayonunun millət vəkili olaraq, şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların ailələrinə bir daha dərin ehtiramımı bildirirəm. Bu qan yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad etdi və haqq-ədalət bərpa olundu.
Amma bu terror aktını unutmamalıyıq. Bu hadisə həm də beynəlxalq ictimaiyyət üçün bir sınaq idi və biz görürük ki, bəzi dairələrin bu vəhşiliyə susqun münasibəti hələ də ikili standartların davam etdiyini göstərir.
Bu gün bizim əsas borcumuz şəhidlərimizin ruhuna layiq olmaq, onların qanı bahasına qorunan torpaqları daha da gücləndirmək, övladlarımıza təhlükəsiz və firavan bir gələcək miras qoymaqdır.
Bərdə o gün qan ağladı, amma sarsılmadı. Bərdə gücünü göstərdi, həm birliyimizin, həm də milli iradəmizin rəmzinə çevrildi. Və biz bu iradəni gələcək nəsillərə daşıyacağıq.
Fatma Yıldırım
-
Sosial13:08Azərbaycanın məşhur şirkətini ermənilərlə nə birləşdirir? - FOTOFAKT
-
Dünya11:16Yalvarırdı: Rusiyanın hücumu başlayanda Zelenski Stoltenberqdən nə xahiş edib?
-
Dünya10:18“Qiyamət radiosu”ndan daha iki sirli mesaj
-
Nida Xəbər 09:54Putin 44 günlük müharibədə İrəvandan görün nə tələb edib: Ermənilər açıqladı
-
Sosial08:24Qırmızı bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salındı
-
Region07:55Türkiyədə 6,1 bal gücündə zəlzələ: Yaralı sayı artdı - VİDEO/YENİLƏNDİ
-
ABŞ03:19ABŞ hərbi bazasını təxliyə etdi - "Melissa" qasırğasına görə
-
Qoroskop02:00Günün ulduz falı: Maliyyə məsələlərində risklərdən uzaq olun!










.jpg)



.jpg)


.jpg)















.jpg)




