Rəsmi xronika
İlham Əliyev İmişliyə getdi
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə "Promalt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib.
Publika.az xəbər verir ki, müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq. İsveçrənin "Bühler GmbH" şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək.
Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, "Azərşəkər" MMC və "Azərsun Holdinq" MMC-nin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. "Carlsberg Azerbaijan" pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.
-
Rəsmi xronika17:38İlham Əliyevə təbriklər gəlməkdə davam edir
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı

































