Nida Xəbər
Hərbi Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir - FOTO
Hərbi Prokurorluqda Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçusunun iştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi liderin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbiri açıq elan edən Azərbaycan Baş prokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov Zəfər bayramı münasibətilə xalqımızı, o cümlədən hərbi qulluqçuları və Hərbi Prokurorluğun kollektivini təbrik edib, tarixi zəfərin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz rolundan, habelə döyüşlərdə hərbiçilərimizin şücaətindən danışıb.
Vurğulanıb ki, prokurorluq orqanları, o cümlədən Hərbi Prokurorluq əməkdaşları həmin günlərdə təkcə hüququ və ədaləti qorumaqla kifayətlənməyib, eyni zamanda vətəndaşlıq və insanlıq borcunu layiqincə yerinə yetirib, vətən sevgisi nümayiş etdirib.
Daha sonra “Şəhidə məktub” adlı film nümayiş etdirilib.






-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -







.jpg)




























