Nida Xəbər
Ali hərbi rütbələr verilən zabitlər kimlərdir? - Fotolar
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən bir qrup hərbi qulluqçuya ali hərbi rütbələr verilib.
Publika.az “Qafqazinfo”ya istinadən rütbəsi artırılan həmin zabitlərin dosyesini təqdim edir:
Ağamir Sultanov:

Vətən Müharibəsi Qəhrəmanıdır. 2016-cı ildə Aprel döyüşləri daha sonra Vətən Müharibəsindəki şücaətlərinə görə müxtəlif orden və medallarla təltif edilib. Hazırda Artilleriya qoşunlarının komandanı vəzifəsində çalışır.
General-leytenant Kənan Seyidov:

Vətən müharibəsi Qəhrəmanıdır. O, Vətən Müharibəsində xüsusilə fərqlənib. Şuşa şəhərinin azad olunmasında iştirak edən qoşunlara rəhbərlik edib. 2022-ci ilin avqust ayında Laçın şəhərinin Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə məruzəni də Prezident İlham Əliyevə general-mayor K.Seyidov edib. Müharibədən sonra da orden və medallarla da təltif edilib. Hazırda Əlahiddə Ümumqoşun Ordu komandanıdır.
Kontr-admiral Şahin Məmmədov:
1-ci dərəcəli kapitan, hazırda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanıdır.

General-mayor Ümüdvar Quliyev:

Vətən müharibəsində göstərdiyi şücaətə görə “Qarabağ” Ordeni ilə təltif edilib. Hazırda Heydər Əliyev adına Hərbi İnstitutun direktorudur.
General-mayor Etibar Məhərrəmov:

Vətən müharibəsi iştirakçısıdır. “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və digər medallarla təltif edilib.
Hazırda Əlahiddə Ümumqoşun Ordunun Komandanının birinci müavini – Qərargah rəisidir.
General-mayor Zaur Yusifli:
Vətən müharibəsi iştirakçısıdır. “Vətənə xidmətə görə” Ordeni ilə təltif olunub. Hazırda Hərbi Hava Qüvvələrinin (HHQ) Qərargah rəisidir.
General-mayor Anar Hüseynov:
“İgidliyə görə” medalı ilə təltif edilib. Hazırda HHQ-nin Hava Hücumundan Müdafiə rəisidir.
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək







.jpg)




























