Nida Xəbər
Deputat: “Azərbaycan bu gün Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib”
“44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə Azərbaycan təkcə torpaqlarını azad etmədi, eyni zamanda, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı”.
Publika.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, bu Zəfər cənab Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasətinin, ordumuzun gücünün və xalqımızın iradəsinin nəticəsi idi. “İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, sülh yolu ilə ədalətin bərpasına çalışdı. Lakin Ermənistanın təxribatları və qeyri-konstruktiv mövqeyi sülhə imkan vermədi. 2020-ci ildə başlayan əks-hücum əməliyyatı ilə Azərbaycan öz torpaqlarında beynəlxalq hüququn təminatçısı qismində çıxış etdi. Vətən müharibəsində əldə olunan Qələbə təkcə hərbi uğur deyil, həm də tarixi-siyasi ədalətin bərpası idi.”
Deputatın fikrincə, Ölkə Prezidenti cənab İlham Əliyev müharibə günlərində olduğu kimi, ondan sonra da regionda sabitliyin və əməkdaşlığın qurulması üçün ardıcıl diplomatik siyasət yürüdür: “ Qələbədən sonra baş verən proseslər – sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, sülh müqaviləsinin gündəmə gətirilməsi – dövlətimizin siyasi iradəsini və regional məsuliyyətini nümayiş etdirir. Zəfərin yaratdığı yeni reallıqlar beynəlxalq səviyyədə də qəbul olunur. Azərbaycan Ordusunun müasir döyüş strategiyası və dövlətin informasiya sahəsində qazandığı üstünlük bir çox ölkələr tərəfindən nümunə kimi öyrənilir. II Qarabağ savaşında əldə edilmiş tarixi Qələbə həm də türk dünyasının birliyini möhkəmləndirdi, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz təkcə torpaqlarımızı azad etmədik, özümüzü yeni dövrə daşıdıq və bu, milli gücün və siyasi liderliyin qabarıq ifadəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri artıq Qələbənin davamı kimi qiymətləndirilir. Yeni şəhərlər, müasir infrastrukturlar, “ağıllı kənd” layihələri Azərbaycanın gələcəyə yönəlik vizionunu göstərir. Azad edilmiş torpaqlar təkcə dirçəldilmir, həm də regionun əməkdaşlıq mərkəzinə çevrilir. Zəfər Günü isə, bizə daim həm gücümüzü, əzəmətimizi, həm də məsuliyyətimizi xatırladır”.
-
Nida Xəbər 14:15Türkiyə Prezidenti: Zəfərimiz mübarək olsun
-
Qarabağ 13:44Prezident: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür
-
Nida Xəbər 12:49Azadlıq meydanından son görüntülər - CANLI
-
Qarabağ 11:07Sarkisyan gileyləndi: "Şuşanı hələ noyabrın 5-də itirmişdik və xeyli itki verdik"
-
Cənubi Qafqaz10:49Paşinyandan narazılıq yaradan it paylaşımı: "Əsgərlərimizin yeni dostudur"
-
ABŞ08:45Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
-
Ekopublika.az07:55Azərbaycanda iki şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin206:46Angelina Colinin Ukraynada saxlanılan sürücüsündən xəbər var































.jpg)