Nida Xəbər
Özbəkistan mətbuatı İlham Əliyevin səfərindən yazır - FOTO
Prezident İlham Əliyevin Özbəkistana səfər edərək Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı və Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv olması bu ölkənin mətbuatında olduqca geniş şəkildə işıqlandırılıb.
Publika.az xəbər verir ki, Özbəkistan mətbuatı Azərbaycanın Mərkəzi Asiya üçün etibarlı tərəfdaş olduğunu, Avropa ilə əlaqələrin genişlənməsində mühüm rol oynadığını qeyd edir.
“gazeta.uz” yazır ki, Azərbaycan regionun inkişaf etmiş dövlətlərindən biridir və 7-ci Məşvərət Görüşündə Mərkəzi Asiya respublikaları ilə Azərbaycanın 20 milyard həcmində ticarət alyansının formalaşdırılması haqqında qərarın qəbul olunması təsadüfi xarakter daşımır. Bu qərar region dövlətlərinin Azərbaycan ilə ticarət dövriyyəsinin artmasına xidmət edəcək.
“UPL.uz” qeyd edir ki, Məşvərət Görüşündə əsas diqqət iqtisadi və ticarət əlaqələrinin inkişafına yönəldilib. Azərbaycanın tamhüquqlu üzv olması bu əlaqələri daha da artıracaq, nəqliyyat və tranzitin inkişafına səbəb olacaq. Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqaz regionu ilə iqtisadi inteqrasiyasını təmin edəcək.
“KUN.uz” saytının materialında nəzərə çatdırılıb ki, Azərbaycan coğrafi mənada Cənubi Qafqaza aid olsa da onun Mərkəzi Asiya ilə fəal əməkdaşlıq əlaqələri vahid geosiyasi və geoiqtisadi məkanın formalaşmasına gətirib çıxarıb.
“Podrobno.uz” vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü olması regionun nəqliyyat və tranzit əlaqələrinin genişlənməsinə və iqtisadi inkişafa böyük təkan verəcək. Mərkəzi Asiyanın dünya iqtisadiyyatına inteqrasiyası daha dolğun formada təmin olunacaq.
“Uznews.uz” təqdim etdiyi xəbərdə bildirib ki, Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv olması eyni kökə, mədəniyyətə, dinə malik olan Azərbaycan ilə Mərkəzi Asiya xalqları arasındakı əlaqələrin daha da inkişafına böyük təkan verəcək.
“Repost.uz” diqqətə çatdırıb ki, Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzvlüyünü Mərkəzi Asiya respublikalarının prezidentləri alqışla qarşıladılar. Azərbaycan bütün sahələrdə əməkdaşlıq üçün etibarlı tərəfdaşdır.
“Anhor.uz” saytında dərc olunan materialda isə Prezident İlham Əliyevin çıxışından “Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir” sözləri sitat gətirilərək qeyd edilib ki, “Tramp marşrutunun” fəaliyyətə başlaması yalnız Azərbaycan üçün deyil, Mərkəzi Asiya respublikaları üçün də faydalı olacaq, ticarət əlaqələrinin genişlənməsinə böyük imkanlar açacaq.
“Nuz.uz” saytı Prezident İlham Əliyevin “Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir” sözlərini manşetə çıxararaq yazır ki, Mərkəzi Asiya və Azərbaycan vahid mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Materialda Prezident İlham Əliyevin fikrinə bir daha istinad olunur və diqqətə çatdırılır ki, əslində Xəzər dənizi Azərbaycan ilə Mərkəzi Asiyanı ayırmır, əksinə birləşdirir.
Özbəkistanın digər informasiya agentliklərində, qəzet, radio və televiziya kanallarında təqdim edilən materiallarda Azərbaycanın Özbəkistan və ümumilikdə Mərkəzi Asiya ilə əməkdaşlığı yüksək qiymətləndirilir.
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO










.jpg)




























