Bakıda mühüm konfrans keçirilir
Bizi izləyin

Nida Xəbər

Bakıda mühüm konfrans keçirilir

Bu gün "Bakı Konqres Mərkəzi"ndə MDB-də ilk dəfə olaraq Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-2025) start götürüb.

Publika.az xəbər verir ki, konfransı Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) dörd ildən bir təşkil edir.

Noyabrın 28-nə qədər davam edəcək tədbir ölkələr arasında rəqəmsal fərqi azaltmağa və rəqəmsal transformasiyanı inkişaf etdirməyə yönəlib, gənclər üçün açıq beynəlxalq platforma olacaq. Konfrans gənclərin dünya səviyyəsində texnoloji yeniliklər və trendlər haqqında bilik əldə etməsinə, bu sahədə aparıcı mütəxəssislərlə tanış olmasına və əməkdaşlıq imkanları yaratmasına beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olmasına şərait yaradır.

WTDC-2025-də 150 ölkədən 2 000-dən çox nümayəndənin, o cümlədən 300-dən çox gənc nümayəndənin iştirakı gözlənilir.

Konfrans çərçivəsində ITU-nun 194 üzv dövləti üçün əsas prioritetləri müəyyənləşdirən bəyannamənin qəbul edilməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm