Nida Xəbər
FHN-in mülki işçiləri YAP-ın 33-cü ildönümünü qeyd edib
Fövqəladə Hallar Nazirliyinin strukturlarının mülki işçiləri Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbirlər keçiriblər.
Publika.az xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları Fəxri xiyabana gələrək Yeni Azərbaycan Partiyasının qurucusu və ilk sədri Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ümummili Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə dövlət müstəqilliyinin ilk illərində səriştəsiz idarəçilik nəticəsində hökm sürən daxili xaosdan və dərin böhrandan danışılıb, ölkəni məhv olmaq təhlükəsindən xilas etmək üçün Azərbaycan xalqının 91 nəfər nüfuzlu ziyalısı tərəfindən Dahi Rəhbər Heydər Əliyevə ünvanlanmış, yeni, xilaskar partiya yaradılması arzusunu ehtiva edən müraciətdən bəhs olunub. Qeyd edilib ki, zəngin dövlət idarəçiliyi təcrübəsinə, dərin intellektual zəkaya və hədsiz siyasi səriştəyə malik, xalqına və Vətəninə sonsuz məhəbbətlə bağlı olan Ulu Öndər özü də belə bir partiyanın yaradılmasına ehtiyac olduğunu görürdü.
Bildirilib ki, xalqının və Vətəninin taleyinə biganə qalmayan Dahi Rəhbər xilaskarlıq missiyasını öz üzərinə götürərək görkəmli Azərbaycan ziyalılarının təkidli çağırışlarına müsbət cavab verərək zamanın və gələcəyin partiyasını yaratdı və bununla da ölkəmiz bütün sahələrə dərindən nüfuz etmiş ağır böhrandan qurtulmaqla davamlı inkişaf yoluna qədəm qoydu. Ümummili Liderin müdrik siyasəti və həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz xaosdan xilas oldu, Azərbaycan xalqının rifah halı yaxşılaşdı, respublikamız beynəlxalq birliyin tamhüquqlu və nufuzlu üzvünə çevrildi.
Dahi Rəhbər Heydər Əliyevin mütərəqqi siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sədrlik etdiyi dövrdə Yeni Azərbaycan Partiyasının qüdrəti daha da artıb. YAP təkcə ölkəmizdə deyil, dünyada böyük nüfuzu olan mükəmməl siyasi instututa çevrilib.
Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusuna rəhbərlik edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin edən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyasının daha böyük uğurlara imza atacağına əmin olduqlarını vurğulayıblar.
-
Cinayət dünyası18:0045 manyakın müsahibəsi araşdırıldı: Silsilə qətlləri bu səbəbdən törədirmişlər
-
Qarabağ 17:30Bakı və İrəvan arasında yekun sülhə nail olmaq üçün... - Xaçaturyan
-
Sosial17:00AQTA-dan xəbərdarlıq: Bu uşaq qidası təhlükəlidir - FOTO
-
Rəsmi xronika16:27İlham Əliyev iki fərman imzaladı
-
Region16:20Qukasyanın oğlu HƏBS EDİLDİ
-
Nida Xəbər 15:14Ermənistan Bakıya onları göndərib - SİYAHI
-
Hadisə14:30Bakıda otelin qarşısında faciə: 4 nəfər öldü - YENİLƏNDİ
-
Hadisə13:57Polkovnik Yaqub Əhədovu maşın vurub öldürdü


















_(3).jpg)


















