Kamran Əliyev Rumıniyanın Baş prokuroru ilə görüşdü - Fotolar
Bizi izləyin

Nida Xəbər

Kamran Əliyev Rumıniyanın Baş prokuroru ilə görüşdü - Fotolar

Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 24 noyabrda Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı, prokurorluq orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzu olub.

Baş prokuror Kamran Əliyev qarşı tərəfə dəvətə görə təşəkkürünü çatdırıb, Avropa məkanında Rumıniya ilə Azərbaycan əlaqələrinin dərin tarixi, mədəni və dostluq adət-ənənələrinə söykəndiyinin söyləyərək, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı faydalı və səmərəli olduğunu bildirib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında aparılan genişmiqyaslı islatlardan söz açıb, cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın mühüm rolunu vurğulayıb. O, 2024-cü ilin oktyabr ayında Aleks Florentsanın Bakıya baş tutan işçi səfərini xatırlayaraq, səfər zamanı imzalanmış Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu hüquqi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində yüksək qiymətləndirib. Kamran Əliyev Rumıniyaya səfərini iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın yeni mərhələsi adlandırıb, qarşı tərəfi Azərbaycana rəsmi səfər etməyə dəvət edib.

Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa qonaqları salamlayaraq, Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, iki ölkənin prokurorluq orqanları arasında münasibətlərindən söz açaraq, təcrübə mübadiləsi, Avropa Şurası və BMT müvafiq qurumları çərçivəsində əməkdaşlıq barədə danışıb.

Daha sonra, qonaqlara Rumıniya prokurorluq orqanların fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub. Görüşdə tərəflər hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm