İdman
"Neftçi"nin istədiyi məşqçi Bakıya gələ bilmir: Qadağa qoyulub
Ötən gündən bəri Azərbaycan futbolunda əsas gündəm "Neftçi"dir. Azərbaycan Premyer Liqasının 12-ci turunda "İmişli"yə məğlubiyyətdən sonra (2:3) "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun istefaya göndəriləcəyi bildirilir. Hətta onun yerinə Yuri Vernidubun gətiriləcəyi ilə bağlı iddialar var.
Publika.az-ın Ukrayna mənbələrindən əldə etdiyi məlumata görə, 59 yaşlı mütəxəssisin "Neftçi"yə yaxın vaxtda gələcəyi inandırıcı görünmür. Buna ilkin səbəb ölkəsində müharibəyə görə səfərbərlik elan edilməsi və 60 yaşındək kişilərin xüsusi hallar istisna olmaqla Ukrayna sərhədlərindən çıxmasına icazə verilməməsidir.
Vernidub 60 yaşını təqribən 2 ay sonra - 2026-cı ilin yanvarın 22-də qeyd edəcək. Buna görə də o, dövlətə "ağız açmaq" fikrində deyil. Ukraynalı mütəxəssis icazə məsələsini ona təklif göndərən klubların həll etməsini istəyir ki, sonradan qanunvericiliklə bağlı problem yaşamasın.
Bundan əlavə, Yuri Vernidub Bolqarıstan nəhəngi "Ludoqorets"lə danışıqlar aparıb və kluba problemi həll etməsini ilkin şərt olaraq irəli sürüb. "Neftçi" kimi ölkə çempionatında işləri yaxşı getməyən Razqrad təmsilçisi Vernidubun xidmətində israrla maraqlıdır. Hətta onun təyinatını bu həftə reallaşdırmaq istəyir. Klub ona aylıq 100 min avro maaş və bonuslarla müqavilə təklif edib. Bu, "Neftçi" üçün maliyyə baxımından heç də sərfəli deyil.
"Ludoqorets" ukraynalı mütəxəssisin dövlətdən məlum icazəni özünün almasını istəyib. Hazırda danışıqlar səngisə də, Bolqarıstan təmsilçisinin israrı davam edir.
Onun hazırda Bakıda olduğu ilə bağlı iddialar isə yalandır. Vernidub Zaporjyedəki evindədir və ölkəni tərk edə bilmir.
Qeyd edək ki, Yuri Vernidub son olaraq ölkəsində "Krivbas"ı çalışdırıb və ötən mövsüm başa çatdıqdan sonra işsizdir. Karyerası ərzində Ukraynada "Zarya Luqansk", "Soliqorsk"a, Moldovada isə "Şerif"ə rəhbərlik edib.
Heybət Məmmədov
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı












.jpg)
























