Dünya
Ərdoğandan Qəzza mesajı: Netanyahunu yalnız bu dayandıra bilər
"İsrailə qarşı diplomatik təzyiqin ciddi şəkildə artırılması və bölgəyə fasiləsiz humanitar yardımın təmin olunmasının yolu açılmalıdır".
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Zirvəsindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı bildirib ki, Qəzzada atəşkəs elan olunmasına baxmayaraq hücumları davam etdirən İsrailin baş naziri Benyamin Netanyahunu yalnız beynəlxalq ictimaiyyətin qəti mövqeyi dayandıra bilər:
"Artıq hər kəs anlamalıdır ki, İsrail həqiqəti demir, qətllərə bəhanə uydurur və fələstinlilərə zülm edir. HƏMAS bütün təxribatlara baxmayaraq böyük səbir göstərib və atəşkəsə sadiq qalıb. Bu atəşkəsin tam şəkildə tətbiqi xüsusilə vacibdir. İsraili bu cür ehtiyatsızlığa sövq edən ölkələr isə dərhal məsuliyyət daşımalıdırlar. Təəssüf ki, BMT indiyədək öz öhdəliklərini yerinə yetirə bilməyib. Təşkilat bundan sonra atılacaq addımlarla real təsirini göstərməlidir".
Ərdoğan əlavə edib ki, Türkiyə ilk gündən Qəzza məsələsində prinsipial mövqeyini qoruyub və bu xəttə sadiq qalmağa davam edəcək.
Roza
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı


































