Nida Xəbər
ATƏT bəyanat yaydı: Minsk Qrupu rəsmən bağlandı
ATƏT Minsk prosesini və əlaqədar strukturları bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.
“ATƏT Minsk prosesinin və əlaqədar strukturların bağlanması üzrə işini 30 noyabr 2025-ci il tarixində saat 23:59-da Azərbaycan və Ermənistanın Finlandiyanın ATƏT sədrliyinə birgə müraciətindən sonra Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də qəbul etdiyi qərarına uyğun olaraq başa çatdırıb”, - bəyanatda deyilir.
Qeyd olunur ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir.
“Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladığı tarixi Birgə Bəyannamənin ardınca qəbul edilmiş ATƏT-in bütün 57 iştirakçı dövlətinin sentyabrın 1-də qəbul edilmiş konsensus qərarının icrası idi”, - mətndə qeyd olunur.
ATƏT-in Minsk Qrupu 1992-ci ildə yaradılıb və ona Rusiya, Fransa və ABŞ sədrlik edirdi.
Azərbaycan və Ermənistan və xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda təşkilatın ləğvi ilə bağlı petisiya imzalayıblar. Bu, Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasına dair birgə bəyannamənin tərkib hissəsi idi.
Tural
-
Region07:30İranın televiziya mərkəzinə raket zərbəsi endirildi
-
Magazin106:16Brillinat Dadaşova oğlunun axtardığı xanım obrazından danışdı - Video
-
Region05:15İranda ölən kəşfiyyat nazirinin yerinə təyinat oldu
-
Magazin102:12Dilarə Əliyeva yeni imici ilə diqqət çəkdi - VİDEO
-
Magazin122 Mart 22:12Namiqin dəbdəbəli villası - Video
-
Yaxın Şərq22 Mart 21:48İsrail Livanın cənubundakı əsas körpülərdən birini məhv etdi - Video
-
Magazin122 Mart 21:36Rusiyada qəza enişi edən təyyarədə azərbaycanlı məşhurlar olub - VİDEO
-
Region22 Mart 21:24İstanbulda fəlakət: 1 nəfər öldü, 10 nəfər xilas edildi - Yeniləndi









.jpg)





















.jpg)






.jpg)
