Nida Xəbər
Bu il Novruz tonqalının Xanoba kəndində alovlandırılması xüsusi rəmzi məna daşıyır - Deputat
"Bu il Novruz tonqalının Xocavəndin Xanoba kəndində alovlandırılması xüsusi rəmzi məna daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva burada xalqla birgə bayram sevincini bölüşərək bir daha nümayiş etdirdilər ki, bu torpaqlarda Azərbaycan dövlətinin iradəsi, qətiyyəti və qayğısı ən yüksək səviyyədə təmsil olunur".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O, qeyd edib ki, cənab Prezidentin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və xalqına bağlılığı nəticəsində bu gün Qarabağda həyat yenidən dirçəlir: "Hörmətli Mehriban xanımın humanist fəaliyyəti, incə zövqü və milli-mənəvi dəyərlərə verdiyi töhfə isə bu dirçəlişə xüsusi ruh və mənəviyyat qatır. Onların birlikdə Qarabağda Novruzu qeyd etməsi dövlət-xalq birliyinin, gücün və milli qürurun ən parlaq təcəssümüdür. Xüsusilə İkinci Qarabağ müharibəsi sonrası formalaşan yeni reallıqlar fonunda, dövlət başçısının hər il Novruz bayramını işğaldan azad olunmuş torpaqlarda qeyd etməsi artıq bir ənənəyə çevrilib. Bu ənənə xalqımızın zəfər ruhunun, torpağa bağlılığının və milli qürurunun canlı təzahürüdür. Qarabağda yandırılan hər tonqal, əslində, illərlə həsrətində olduğumuz yurd yerlərində həyatın yenidən bərpa olunmasının, o torpaqlara ruhun və nəfəsin qayıtmasının simvoludur. Mənəvi baxımdan bu addımın təsiri son dərəcə böyükdür. Çünki Novruz bayramı xalqın ruhuna yaxın, köklərimizdən gələn bir bayramdır. Bu bayramın Qarabağda keçirilməsi isə tarixi ədalətin bərpasının, milli yaddaşın dirçəlişinin və gələcəyə olan inamın gücləndirilməsidir. İnsanlarımız üçün bu görüntülər həm bayram sevinci, həm də qürur, göz yaşı və sevincin vəhdətidir. Siyasi baxımdan isə bu ənənə çox güclü mesaj daşıyır. Bu, bütün dünyaya açıq şəkildə nümayiş etdirir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu torpaqlarda həyat bərpa olunub, dövlət suverenliyi tam təmin edilib. Cənab Prezidentin və Birinci vitse-prezidentin məhz orada, xalqla birlikdə bayram keçirməsi dövlətin öz torpaqlarına sahib çıxmasının, həmin ərazilərdə davamlı inkişaf və məskunlaşma siyasətinin qətiyyətli şəkildə həyata keçirildiyinin göstəricisidir. Eyni zamanda, bu addım post-münaqişə dövründə quruculuq və bərpa proseslərinin ideoloji əsasını da möhkəmləndirir. Qarabağ artıq quruculuq, inkişaf və gələcək nəsillər üçün yeni həyat məkanıdır. Novruz tonqalları isə bu yeni həyatın, dirçəlişin və ümidin simvoluna çevrilib. Mən hesab edirəm ki, bu gözəl ənənə gələcək illərdə də cənab Prezidentimiz tərəfindən hər zaman davam etdiriləcək. Çünki bu ümumxalq səviyyəsində bir birləşdirici, ruhlandırıcı və tarixi yaddaşı möhkəmləndirən bir amildir. Qarabağda qeyd olunan hər Novruz bayramı xalqımızın zəfərinin, birliyinin və sarsılmaz iradəsinin növbəti təntənəsidir. Bu gün Qarabağda yanan tonqallar Azərbaycanın gücünün, haqqının və gələcəyə inamının rəmzidir. Bu mənzərə hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradır və bir daha sübut edir ki, bu torpaqlarda həyat əbədi olaraq davam edəcək".
-
Yaxın Şərq16:53İsrail üçüncü F-16 təyarəsini itirdi
-
Yaxın Şərq16:42İrana xəbərdarlıq - Bu həftə kəskin zərbələr endiriləcək
-
Ekologiya15:27Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
Yaxın Şərq14:57İranın nüvə kompleksi vuruldu
-
Hadisə14:06Həyat yoldaşına şiddət göstərən kişi cinayət məsuliyyətindən azad еdildi
-
İdman13:49Məşhur futbolçu İran millisindən bu görüntüyə görə qovuldu - Foto
-
MDB13:39Məhkəmə eks-spikerin 1,2 milyardını dövlətə verdi
-
MDB13:29Paşinyandan Novruz təbriki






.jpg)

























.jpg)



.jpg)
