Region
SEPAH Trampı "işdən qovdu"
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran ordusunun elit bölmələri) sözçüsü İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampa müraciət edərək Ağ Ev rəhbərinin "işdən çıxarıldığını" bəyan edib.
Publika.az xəbər verir ki, onun çıxışının videosunu İranın "Tasnim" agentliyi yayımlayıb.
"Ey Tramp, sən işdən qovuldun! Bu ifadə sənə tanışdır. Bu məsələyə diqqət yetirdiyin üçün təşəkkür edirəm", - deyə Zülfüqari bildirib.
O, müvafiq müraciəti ingilis dilində səsləndirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasında bir çox şəhərlər, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali lider Əli Xameneinin iqamətgahına endirilib və o, həlak olub. Cavab olaraq İran İsrailə, Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Hüseyn İbadlı
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq




































.jpg)
