Nida Xəbər
Azərbaycanın Rumıniyadakı səfiri Timişoarada rəsmi görüşlər keçirdi
Dekabrın 5-də Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qudsi Osmanov Timişoaranın meri və hakim koalisiada olan “Rumıniya Xilaskərlar Birliyi” (USR) partiyasının sədri Dominik Frits ilə rəsmi görüş keçirib.
Bu barədə Publika.az-a səfirlikdən məlumat verilib. Qeyd edilib ki, görüşdə mümkün əməkdaşlıq imkanları, Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması və ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olub.
Səfir Qudsi Osmanov şəhərin multikultural xarakterini, beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatda fəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq, bunun 2023-cü ildə Timişoaranın Avropanın Mədəniyyət Paytaxtı statusu alması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialının önə çıxmasına mühüm töhfə verməsini qeyd edib. O, Azərbaycan ilə Rumıniya əlaqələrinə toxunaraq, iki ölkənin regionları arasında əməkdaşlığının qarşılıqlı faydasından danışıb.
Öz növbəsində mer Dominik Frits Timişoaranın “şəhər diplomatiyası” konsepsiyasına sadiqliyini və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib. Həmçinin, şəhərin rəhbəri Timişoara şəhəri tərəfindən təsis olunan Avropa Dəyərləri Mükafatı, və hər il təşkil olunan Timişoara Şəhər Sammiti barədə danışaraq, bu tədbirlərin şəhərin Avropa dəyərləri və müzakirələri ilə əlaqələndirən təşəbbüslər adlandırıb.
Rumıniyada dövlət səviyyəsində qeyd olan Milad Bayramı və bu ölkədə qeyd olan Müqəddəs Nikolay günü ərəfəsində səfir XX əsrin ortalarında Timişoarada inşa olunmuş və Rumıniyanın ən mühüm dini məbədlərdən biri olan “Müqəddəs Üç Hiyerarx” kilsəsini ziyarət edib.
Bundan əlavə, Timişoaraya səfər çərçivəsində səfir Qüdsi Osmanov Timişoara Bələdiyyə Sosial Yardım İdarəsinin tabeliyində olan "Inokentsiu Klein" “Qocalar Evi”ni də ziyarət edib. Azərbaycanlı diplomat “Qocalar evi”nin sakinləri ilə səmimi söhbət aparıb, onlara Azərbaycanın Rumıniyadakı səfirliyi adından kiçik bayram hədiyyələri, şirniyyatlar təqdim edib.
Qeyd edək ki, Timişoara Rumıniyanın ən inkişaf etmiş şəhər mərkəzlərindən biridir və rəqabətqabiliyyətli sənayesi, İT sektoru, memarlıq irsi və multikultural mədəniyyəti ilə tanınır. Şəhər əhali və ərazi baxımından ölkədə üçüncü yerdədir. Həmçinin Timişoara Rumıniyada azadlıq və demokratiyanın rəmzi sayılır, çünki ölkədə 1989-cu il inqilabı məhz bu şəhərdən başlayıb.
-
Hadisə12:02Bakıda xalq artistinin oğlu döyüldü
-
MDB11:52Moskvalılar ən soyuq gecəni yaşadılar
-
Hadisə11:20General Elbrus Orucovun polkovnik qardaşı vəfat etdi - FOTO
-
Sağlamlıq10:13Həkimdən krandan su içənlərə xəbərdarlıq: "Ciddi təhlükələr var!"
-
Səhiyyə09:30Azərbaycanda həkim-xəstə qarşıdurması: Günahkar kimdir?
-
Hadisə09:21Goranboyda dəhşətli qətl - Qazi saxlanıldı
-
Nida Xəbər 08:30Prezident Mikayılovu buna görə işdən azad edib
-
Magazin206:16Ariana Qrande məşhur jurnalı ələ saldı: Altıncı barmağa görə təşəkkürlər


























.jpg)






