Nida Xəbər
Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olundu
5-11 dekabr tarixlərində paytaxtımızda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində onlarla ölkədən və beynəlxalq təşkilatdan rəsmi şəxslər də iştirak edir. Dekabrın 9-da Bakı Konqres Mərkəzində mədəniyyət naziri Adil Kərimli ilə Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi (Aurangzeb Khan Khichi) arasında görüş keçirilib.
Pakistanlı həmkarını səmimi salamlayan Adil Kərimli qardaş ölkənin beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə təşəkkürünü bildirib.
Azərbaycan və Pakistan xalqlarını möhkəm dostluq və qardaşlıq tellərinin birləşdirdiyini deyən nazir iki ölkə liderlərinin səmimi münasibətlərinin əlaqələrin yüksək səviyyəsini şərtləndirdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Pakistan daim Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyib və iki ölkə arasında münasibətlər ildən-ilə daha da möhkəmlənir. Pakistanın federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi səmimi görüşə görə təşəkkürünü bildirib. İki ölkənin mədəniyyət sahəsində əməkdaşlığı üçün geniş potensialın olduğunu vurğulayan qonaq nazir bunun üçün yol xəritəsinin, əməkdaşlıq proqramının hazırlanmasının zəruriliyini qeyd edib.
Görüşdə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Sonda qonaq nazirə ölkəmizlə bağlı nəşrlər hədiyyə edilib, xatirə şəkilləri çəkdirilib.
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü

















.jpg)


















