Nida Xəbər
İrəvan Bakının bu iradına münasibət bildirməyə hazır deyil - Simonyandan etiraf
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan-Avropa İttifaqı sənədinə münasibətini şərh etməyə hələlik hazır olmadığını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində bildirib.
"İndiki mərhələdə mən bunu şərh etməyə hazır deyiləm, çünki həmkarlarımla müzakirə etmədən heç bir qiymət vermək istəmirəm. Xarici İşlər Nazirliyi daha sonra şərh verəcək. Nə vaxt bilmirəm, amma verəcək. Şəxsən mən hazırda bu barədə heç bir şəkildə şərh verməyə hazır deyiləm", - Simonyan deyib.
Lakin o, bu sənədin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesini ləngidə biləcəyinə inanmır. Simonyanın sözlərinə görə, Bakı ilə iş bütün cəbhələrdə davam edir. "Həm Ermənistan, həm də Azərbaycan tərəfdən müsbət münasibət var", - o qeyd edib.
Bakı bundan əvvəl Ermənistan-Aİ yeni sənədindən narazılığını bildirib: Xarici İşlər Nazirliyi bəyan edib ki, bu, “sülh gündəliyinə ziddir”. Konkret olaraq, Azərbaycan rəhbərliyi “Azərbaycanın hərbi əməliyyatları nəticəsində didərgin salınmış Qarabağ erməniləri” ifadəsini (sənəddə qeyd olunduğu kimi) “qəbuledilməz” hesab edir, həmçinin bu məsələnin Ermənistan-Aİ tərəfdaşlığında prioritet kimi müəyyən edilməsini yolverilməz hesab edir.
Tural
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü

















.jpg)


















