Nida Xəbər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə hissəsində “açıq qapı günü” tədbiri keçirilib.
Publika.az xəbər verir ki, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri və müəllimlərinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulu və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
-
Magazin118:40Röya Şəbnəm Tovuzlunu səhnədən qovdu - VİDEO
-
Rəsmi xronika17:00ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 16:10Azərbaycan benzini sabahdan Ermənistanda satışa çıxarılacaq: Bu qiymətə
-
Region16:03İŞİD Türkiyəni hədələdi: Yaxın günlərdə bu şəhərlərdə terror törədiləcək
-
Maraq dünyası14:54Gənc qadınla evlənən 87 yaşlı məşhurun oğlu oldu: Əvvəlki övladları ilə... - FOTO
-
Rəsmi xronika13:20Bu ailələrə 200 manat veriləcək - SƏRƏNCAM
-
MDB13:12Rusiya SSRİ-ni bərpa edir? - Kreml rəsmən açıqladı
-
İdman12:30Corcina Ronaldo ilə toyu və brilliant üzük haqqında danışdı: Ən kiçik hədiyyə budur - FOTOLAR


























