Rəsmi xronika
Prezidentə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin, bu əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim. Qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası əhəmiyyəti uğurlara nail olmuşdur.
Gürcüstanı və Azərbaycan Respublikasını tarixi dostluq və sarsılmaz strateji tərəfdaşlıq bir-birinə bağlayır və bu da regionda sabitliyin və rifahın təmin olunmasına öz töhfəsini verir. Mən qətiyyətlə inanıram ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında mövcud olan əlaqələr daha da dərinləşəcək və möhkəmlənəcəkdir.
Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin ehtiramımı izhar edir, möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram", - məktubda qeyd olunub.
***
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, mətndə deyilir:
"Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və Türk Dövlətləri Təşkilatının Katibliyinin heyəti adından səmimi-qəlbdən təbrik edim.
Bu il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Azərbaycanın tarixi və gözəl şəhəri olan Qəbələdə keçirilən 12-ci Zirvə görüşü çərçivəsində görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilatımız daha da güclənəcək və inkişaf edəcəkdir.
Təşkilatımız çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə cansağlığı və Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
***
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Çox hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Uzaqgörən siyasi xadimin parlaq keyfiyyətləri və məqsədlərə çatmaqda nümayiş etdirilən əzmkarlıq ali dövləti vəzifənizdəki uğurlu fəaliyyətinizi əvvəlcədən müəyyənləşdirir.
Sizin rəhbərliyinizlə aparılan islahatlar sayəsində Azərbaycan Respublikası dövlət institutlarının təkmilləşdirilməsi, davamlı sosial-iqtisadi tərəqqiyə nail olunması, regionda və dünyada mövqelərinin möhkəmləndirilməsi yolunda inamla irəliləyir.
Fürsətdən istifadə edərək Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya əməkdaşlığının qorunması və dərinləşdirilməsi məsələlərində ardıcıl mövqeyinizə, MDB dövlətləri arasında dostluq münasibətlərinin inkişafına verdiyiniz şəxsi töhfəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Çox hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, rifah diləyir, bütün planlarınızın və təşəbbüslərinizin həyata keçməsində uğurlar arzulayıram".
***
Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, həm şəxsi həyatınızda, həm də dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Əminəm ki, Xorvatiya və Azərbaycan xüsusi əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə səylərimizlə qarşılıqlı dostluğu və ikitərəfli əlaqələri möhkəmləndirməyə və dərinləşdirməyə davam edəcəkdir.
Sizə ən xoş arzularımı çatdırır, ölkənizin vətəndaşlarına tərəqqi və firavanlıq diləyirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
xxx
Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, Beynəlxalq Müsəlman Forumunun baş katibi Baş müfti şeyx Ravil Qaynutdin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Çox hörmətli cənab Prezident.
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və bütün xeyirxah təşəbbüslərinizdə Uca Allahdan xeyir-dua diləyirəm.
Rusiya müsəlmanları hörmətlə və ən səmimi arzularla Sizə ünvanlanan çoxsaylı təbriklərə qoşulurlar.
Sizin rəhbərliyinizlə qardaş xalqınızın qazandığı uğurları və nailiyyətləri, siyasi kursunuzun müdrikliyini və uzaqgörənliyini, Azərbaycan Respublikasının iqtisadiyyatının, elminin və mədəniyyətinin hərtərəfli inkişafını sevinclə qeyd edirik.
Bu nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutduğunu, ölkənin və onun xalqının gələcəyinin də təhlükəsiz olacağını bəyan etməyə imkan verir.
Sizin rəhbərliyinizlə Azərbaycan monolit cəmiyyətin bərabər hissələri olan müxtəlif dinləri və mədəniyyətləri birləşdirən bir ölkəyə çevrilib. Ölkənin möhkəmlənməsinə töhfə verəcək dinlərarası və millətlərarası dialoqa şəxsi diqqətinizi sevinc hissi ilə vurğulayırıq. Azərbaycan Respublikası və Rusiya Federasiyasında müsəlman xalqların ənənəvi dini olan İslamın dirçəldilməsi işinə göstərdiyiniz davamlı qayğıya görə xüsusi minnətdarlığımızı bildiririk. Azərbaycan xalqının mütləq lideri kimi arzularınız və qayğılarınız bizim üçün çox əzizdir.
Ümidvaram ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da iqtisadiyyatını və beynəlxalq mövqelərini ardıcıl, məqsədyönlü şəkildə gücləndirməyə davam edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Uca Allahdan Sizə və bütün Azərbaycan xalqına firavanlıq və rifah, tükənməz enerji, mühüm işlərinizdə Yaradanın xeyir-duasını diləyirəm".
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq











.jpg)

























