Nida Xəbər
Bakıda Din Xadimlərinin II Forumu keçirilir
Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu öz işinə başlayıb.
Publika.az xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumları və din xadimləri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak edirlər.
"Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusuna həsr olunan forumun məqsədi "Konstitusiya və Suverenlik İli" çərçivəsində dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsidir.
Tədbirdə "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri", "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları", "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar" və "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzularında panel müzakirələri təşkil olunacaq.
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq










.jpg)






















