Nida Xəbər
Tiktokdakı video: Başçı məhkəməni uddu, 100 manat aldı...
Beyləqanının icra başçısı Əziz Əzizov Tiktokda onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, icra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Ötən gün Ağdam Rayon Məhkıməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh iştirak etməsə də, bu, qərarın verilməsinə mane olmayıb.
Məhkəmə Əziz Əzizovun tələbini qismət təmin edib. Ağdam sakininin icra başçısı barədə işlətdiyi cümlələrə görə təkzib verəcək. Bundan başqa, cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq icra başçısına veriləcək.
İcra başçısının Ağdam sakininindən üzr gözləməsi isə baş tutmayacaq. Məhkəmə bu tələbi rədd edib.
Qeyd edək ki, Tiktokda paylaşılan videoda icra başçısı barədə "İcra başçısı varlıların icra başçısıdır, kasıbların yox", "Mən bir dəfə görmədim ki, icra başçısı Əziz Əzizov şəhid ailəsinin qapısının qarşısına qrabil töksün. Büdcədə pul azdır?", "Millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz?" kimi cümlələr işlədib.
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq










.jpg)






















