Nida Xəbər
ƏHD Partiyası Ali Məclisinin iclası keçirildi
Dekabrın 27-də Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin növbəti iclası keçirilib.
ƏHD Partiyası mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali Məclis sədri Vaqif Abışov məlumat verib.
İclasda təşkilati işlər, respublikada və dünyada ictimai-siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr və cari məsələlər müzakirə olunub. Partiyanın Ali Məclisinin tərkibinə yeni üzvlər təsdiq edilib.
ƏHD Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev respublikada və dünyada ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı məruzə edib.
Daha sonra ƏHD Partiyasının Baş katibi Niyaməddin Orduxanlı təşkilati işlərlə bağlı məlumat verib.
İclasda həmçinin Ali Məclis üzvlərinin sualları cavablandırılıb.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?



































