Nida Xəbər
Leyla Əliyeva Omanda səfərdədir
Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədə səfərdədir.
Publika.az xəbər verir ki, Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azzan Al Busaidi qarşılayıb.
Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Oman arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, xüsusilə turizm və mədəni irs sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Leyla Əliyeva bu cür görüşlərin Azərbaycan–Oman münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Leyla Əliyeva Azərbaycanın zəngin tarixi-mədəni irsi, turizm potensialı, o cümlədən sağlamlıq, ekoturizm, mədəni və qış turizmi imkanları barədə ətraflı məlumat verib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın tarixi abidələrinin qorunması, bərpası və UNESCO çərçivəsində həyata keçirilən layihələr barədə danışaraq, bu sahələrdə Omanla təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunub.
Söhbət zamanı iki ölkə arasında turist axınının artırılması, turizm qurumları və özəl sektor arasında birbaşa əlaqələrin qurulması, birgə layihələrin və tanıtım tədbirlərinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb.
Salim bin Məhəmməd Al Mahruqi Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirərək, mədəni irsin qorunması və turizmin dayanıqlı inkişafı sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycanın Oman turistləri üçün cəlbedici istiqamət olduğunu qeyd edərək, qarşılıqlı səfərlərin və rəsmi nümayəndə heyətləri arasında təmasların fəallaşdırılmasını müsbət qiymətləndirib.
Görüşdə gələcəkdə turizm sərgilərində birgə iştirak, media və tanıtım səfərlərinin təşkili, eləcə də mədəni tədbirlər vasitəsilə xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi barədə razılıq əldə olunub.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ







.jpg)


























