ABŞ
Tramp istefa verən xanımdan yazdı - “Nəhəng bir iş görüb”
ABŞ Prezidenti Donald Tramp ölkənin Baş prokuroru Pem Bondinin istefa verdiyini elan edib və onu böyük vətənpərvər adlandırıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində bəyanat yayıb.
Tramp bildirib ki, Bondi başqa vəzifəyə keçib.
"Bondi son bir il ərzində mənim Baş prokurorum kimi vəzifələrini fədakarlıqla yerinə yetirən böyük Amerika vətənpərvəri və sadiq dostumdur. Pem ölkə daxilində cinayətkarlığa qarşı genişmiqyaslı kampaniyaya rəhbərlik edərək nəhəng bir iş görüb", - deyə Amerika lideri yazıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda Bondinin özəl sektorda olduqca zəruri və vacib olan yeni vəzifəyə keçidi elan ediləcək.
Tramp həmçinin istedadlı və nüfuzlu hüquqşünas Todd Blanşı Baş prokurorun vəzifələrini icra edən təyin edib.
Xatırladaq ki, bundan öncə "Fox News" mənbələrə istinadla ABŞ Prezidenti Donald Trampın Baş prokuror Pem Bondini vəzifəsindən kənarlaşdığını barədə məlumat yaymışdı.
İddi edilirdi ki, Tramp Bondinin yerinə Ətraf Mühitin Mühafizəsi Agentliyinin direktoru Li Zeldinin təyin edilməsi imkanlarını nəzərdən keçirir.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
