Nida Xəbər
Leyla Əliyeva Maskatda Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzində - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanın paytaxtı Maskat şəhərində Sultan Qabus adına Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib.
Publika.az xəbər verir ki, Leyla Əliyevanı Mərkəzdə tibb şəhərciyinin icraçı direktoru xanım Siham Sinaniyya qarşılayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin müxtəlif bölmələrini gəzib, burada xəstəliyin müalicəsində istifadə olunan müasir tibbi avadanlıqlara baxıb.
Sonda burada müalicə alan xəstələr üçün Leyla Əliyevanın adından tibb mərkəzinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu kompleks mərhum Sultan Qabus bin Səidin göstərişi ilə xərçəng xəstələrinə tibbi xidmət göstərmək məqsədilə yaradılıb.
Bu tibb ocağı 2023-cü ildə “Joint Commission International” (JCI) tərəfindən beynəlxalq akkreditasiya sertifikatı alıb. Kompleks Omanda tibb ocaqları arasında qısa müddətdə bu cür beynəlxalq akkreditasiya əldə edən ilk dövlət səhiyyə müəssisəsidir.








-
Maraq dünyası09:12Ən saxtakar bürclər - Onlara etibar etmək olmaz
-
ABŞ09:00“Yer üzündə cəhənnəm”in YENİ ULDUZU - Məşhur reper Maduro ilə eyni həbsxanaya yerləşdirildi
-
Dünya08:126,4 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Region08:00İranda market yağmalandı, polis həlak oldu - VİDEO
-
Dünya07:47Braziliyada uzunömürlülüyün SİRRİ AÇILDI
-
Magazin106:16Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI
-
ABŞ04:44Venesuela ABŞ-a 50 milyon barrelə qədər neft TƏHVİL VERƏCƏK
-
Magazin103:13Tolikin verilişinin adından müğənnilərə qarşı DƏLƏDUZLUQ




































.jpg)
