Nida Xəbər
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olundu
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.
Publika.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əmr imzalayıb.
Əmrə əsasən, Hasil Vasif oğlu Abbasov sözügedən vəzifəyə təyinat alıb.
Qeyd edilib ki, H.Abbasov 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, “ASAN” İnnovativ İnkişaf Mərkəzinin direktoru, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.
2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin əvvəlki sədri Sadiq Cabir oğlu Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə əlaqədar ərizəsinə əsasən işdən azad edilib.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ







.jpg)


























