Nida Xəbər
Ceyhun Bayramov: "Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümidvarıq"
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə də Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
C.Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib.
Venesuela naziri telefon danışığı zamanı son inkişaflar barədə ətraflı məlumat verib. Venesuelada prezident vəzifələrinin müvəffəqiyyətlə icra edildiyini, dövlət qurumlarının işlək vəziyyətdə olduğunu bildirib. Nazir bununla yanaşı, ABŞ tərəfi ilə dialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetika sahəsində fəaliyyətlərini bərpa olunduğunu, səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlar aparıldığını diqqətə çatdırıb.
Nazirlər Azərbaycanla Venesuela arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.
-
İKT21:36Uşaqların sosial mediadan istifadəsinə QADAĞA QOYULUR? - Baş nazir narahatdır
-
Magazin120:36Ülviyyə Mahmudovadan YENİ FOTOLAR
-
Avropa19:24Bu ölkə "qara zona"ları nəzarətə götürmək istəyir - QANUNİ OLACAQ
-
Nida Xəbər 18:20Məhkəmə Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERDİ
-
Dünya17:26ABŞ-ın İranın tərəfdaşlarına tarif tətbiqi istənilən effekti verməyəcək - Bloxin
-
Nəqliyyat16:40Bu avtobuslarda gedişhaqqı artırıldı - 90 qəpik oldu
-
Tarix15:10Arxeoloqlar tarixin ən böyük gəmisini tapdı
-
Dünya14:25Baxçalıdan İranla bağlı şok açıqlama: Təhdid olduqca tanışdır







.jpg)





























