Region
Qazaxıstan TƏSDİQLƏDİ: Qara dənizdə iki tankerə zərbə endirilib
Qazaxıstan Energetika Nazirliyi Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı yaxınlığında Qazaxıstan ixrac neftini daşıyan iki tankerə dronların hücum etməsi barədə məlumatları təsdiqləyib.
Publika.az xəbər verir ki, bəyanat nazirliyin "Telegram" kanalında dərc edilib .
Bildirilib ki, "Matilda" gəmisi Malta bayrağı, "Delta Harmony" isə Liberiya bayrağı altında üzüb.
Energetika Nazirliyi bildirib ki, birinci tankerdə partlayış nəticəsində yanma baş verməyib. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
"Texniki xidmətlərin ilkin qiymətləndirməsinə əsasən, tanker dənizə yararlı olaraq qalır və hazırda gövdədə ciddi zədələnmə əlamətləri aşkar edilməyib", - nazirlik qeyd edib.
Qeyd edilib ki, ikinci tanker yüklənməni gözləyərkən hücuma məruz qalıb. Hücum nəticəsində yanğın baş verdib və tez bir zamanda söndürülüb. Ekipaj arasında xəsarət alan olmayıb.
Energetika Nazirliyi həmçinin vurğulayıb ki, hadisə baş verən zaman neft hələ "Delta Harmony"yə yüklənməyib və yük çənləri boş idolub. Buna görə də Qazaxıstanın ixrac resurslarına heç bir ziyan dəyməyib, nazirlik əlavə edib.
Hüseyn İbadlı
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi




















.jpg)













