Nida Xəbər
Prezident tapşırıq verdi, Müdafiə Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, hava şəraiti nəzərə alınmaqla, Azərbaycan Ordusunun xüsusən dağ və dağətəyi ərazilərdə yerləşən hərbi hissələrində şəxsi heyətin sağlamlığının mühafizəsi, xidməti-döyüş fəaliyyətinin fasiləsiz və yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görülür, aidiyyəti vəzifəli şəxslər tərəfindən yoxlamalar aparılır”.
Publika.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hərbi qulluqçuların sağlamlıq vəziyyətini daima nəzarətdə saxlamaq məqsədilə bölmələrdə mütəmadi olaraq tibbi-profilaktik tədbirlər keçirilir, maarifləndirici söhbətlər aparılır:
"Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və bütün növ maddi-texniki təminatın normalara uyğun şəkildə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır, eləcə də xidməti-döyüş fəaliyyəti qoşun xidmətinin təşkili qaydalarına uyğun olaraq həyata keçirilir".
Müdafiə Nazirliyinin məlumatına görə, dağlıq ərazilərdə xidmətin çətin iqlim şəraitində aparıldığını nəzərə alaraq, şəxsi heyətin yerləşdiyi və xidmət etdiyi məntəqələr qış mövsümünə tam hazır vəziyyətə gətirilib.
“Həmin məntəqələr istilik sistemləri, odun və yanacaq ehtiyatı ilə təmin olunub, yaşayış və xidmət sahələrində normal temperatur rejiminin qorunması üçün müvafiq tədbirlər görülüb.
Bununla yanaşı, şəxsi heyətin sağlamlığının və döyüş qabiliyyətinin qorunması məqsədilə təminat, təchizat və məişət şəraitinə mütəmadi nəzarət edilir, mövcud hava şəraitinə uyğun olaraq soyuqdan və donvurmadan qorunma, həmçinin əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilir” - qurumdan bildirilib.
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -







.jpg)




























