Nida Xəbər
Paşinyanın Putindən Azərbaycanla bağlı xahişi: Bunu tez edin
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan Ermənistanda dəmir yolunun Azərbaycan və Türkiyə sərhədlərinə gedən hissələrinin bərpası ilə bağlı mümkün qədər tez qərar qəbul etməyi xahiş edib.
Publika.az xəbər verir ki, Paşinyan bu barədə brifinqdə deyib:
“Bəli, bu məsələ müzakirə olunub. Mən bunu Rusiya Federasiyasının prezidenti ilə də müzakirə etmişəm, Ermənistan baş nazirinin müavininin də Rusiya Federasiyası baş nazirinin müavini ilə müzakirə etmək imkanı olub. Biz Rusiya Federasiyasından olan tərəfdaşlarımızın reaksiyasını gözləyirik".
Paşinyan qeyd edib ki, yanvarın 13-də Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı bəyanatın imzalanmasından sonra dəmir yolu relslərinin bərpası üçün müvafiq müddət (Ermənistan dəmir yolunu Rusiya Dəmir Yollarının törəmə şirkəti idarə edir) yaxın gələcəkdir.
"Hazırda bu barədə proseslər gedir və bu proseslər bunun mümkün qədər tez həyata keçirilməsini tələb edir. Biz Rusiyadakı tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul etmələrini xahiş edirik", - Ermənistanın baş naziri bildirib.
Tural
-
Sosial16:06İqbal Hüseynov vəzifəsindən azad edildi - SƏRƏNCAM
-
ABŞ15:36Hər şey ABŞ-ın İrana zərbəsinə hesablanıb - Amerikalı jurnalist
-
Rəsmi xronika15:05Bu imtahan ödənişli olacaq - Prezident təsdiqlədi
-
Nida Xəbər 14:52Azərbaycanın məşhur alimi həbs olundu - FOTO
-
Sosial13:43Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
-
Rəsmi xronika13:13İlham Əliyev fərman imzaladı
-
İdman12:54Ronaldonun Corcinası planetin ən nüfuzlu iki modelindən biridir - FOTOFAKT
-
Nida Xəbər 12:08Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar: Dindirirlər





































