Nida Xəbər
ADY-yə yeni şöbə müdiri təyin olundu - FOTO
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə yeni təyinat olub.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə QSC sədri Rövşən Rüstəmov əmr imzalayıb.
Əmrə əsasən, Eldar Mehman oğlu Eyvazov Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin Risk inzibatçılığı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Eldar Eyvazov 1992-ci ildə anadan olub. O, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr, 2016-cı ildə həmin universitetin Xidmət sferasında mühasibat uçotu və audit ixtisası üzrə magistr pillələrini bitirib.
O əmək fəaliyyətinə 2014-cü ildə Azərbaycan Şəkər İB MMC-də başlayıb, sonra "Azersun Holding", İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Paşa Sığorta ASC kimi şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.
-
Sosial13:43Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
-
Rəsmi xronika13:13İlham Əliyev fərman imzaladı
-
İdman12:54Ronaldonun Corcinası planetin ən nüfuzlu iki modelindən biridir - FOTOFAKT
-
Nida Xəbər 12:08Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar: Dindirirlər
-
Dünya12:02Moskvada Britaniya kəşfiyyatçısı ifşa edildi: Görün harada işləyirmiş
-
Dünya10:54ABŞ göstəriş verdi: Təyyarədaşıyan gəmi bu bölgəyə gəldi
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib




































