17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı
Bizi izləyin

Sosial

17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı

17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı

"Baku City Karting" əyləncə mərkəzində bu il yanvarın 1-də yenitmənin ölümüylə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanılıb.

Publika.az report-a istinadən xəbər verir ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bu il yanvarın 1-də Əhəd Yaqubov küçəsi 15-də yerləşən "Baku City Karting" əyləncə mərkəzində paytaxt sakinləri - 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.

K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm